BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub

BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub

2015-ci ilin yanvar ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 053 ton Azərbaycan nefti nəql olunub. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər BTC-yə 266 milyon 309 min 899 ton neft vurulub.

Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə ümumilikdə 602 min 066 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə