“Asan İmza” xidməti yeni portala inteqrasiya edilib

“Asan İmza” xidməti yeni portala inteqrasiya edilib

Cari ilin fevralın 1-dən etibarən "Asan İmza" mobil elektron imza xidməti Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin https://portal.dxa.gov.az ünvanında yerləşən Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bundan sonra büdcə təşkilatları xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri "Asan İmza" mobil elektron imza xidməti vasitəsilə "AsanDoc" proqram təminatında imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə bilərlər.

İstifadəçilərə yardım məqsədilə Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə dair müvafiq təlimat və video çarx yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə