Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın DESFA şirkətinin səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində "saatı durdurub".
Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək.
Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB