Türkiyənin İqtisadiyyat Naziri Nihat Zeybəkçi bu gün gecə saatlarında Azərbaycana səfərə gəlir. Qonaq Heydər Əliyev Hava limanından qarşılanaraq bu gecə otelinə yerləşdiriləcək. SİA-nın məlumatına görə, Türkiyəli nazir Azərbaycanda bir sıra görüşlər keçirəcək. Belə ki, sabah nazir Fəxri Xiyabanda olacaq. Ulu Öndər Heydər Əliyevin məzarına əklil qoyacaq, oradan da Şəhidlər xiyabanına, Əbədi Məşəlin önünə və Türk Şəhidliyi abidəsi önunə əklil qoyacaq. Nazir Hökumət evinə dönərək Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevlə görüşəcək. Nihat Zeybekçi Nazirlər Kabinetində də görüş keçirəcək. Baş nazirin müavini Abid Şərifov ilə görüşəcək. Daha sonra Nihat Zeybəkçi Dövlət Bayrağ Meydanını da ziyarət edərək Ankaraya geri dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB