Amerika fond bazarında Dow Jones indeksi 1,76% - 17 666,40 bəndədək, S&P 500 1,44% - 2 050,03 bəndədək, NASDAQ 1,09% - 4 727,74 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,32% - 6 871,80 bəndədək, Almaniya DAX-ı isə 0,58% - 10 890,95 bəndədək, Fransa CAC-40-ı 1,09% - 4 677,90 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,94% - 17 672,58 bəndədək, Hang Seng 0,88% - 24 771,06 bəndədək, Shanghai 0,33% - 3 215,51 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,10 dollar bahalaşaraq 1 253,40 dollara, gümüş isə 0,01 dollar bahalaşaraq 17,34 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə