Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə ölkəmizin Nyu-Meksiko ştatındakı fəxri konsulu Art MakHaffi Santa Fe Beynəlxalq Münasibətlər Şurasında, Şəhər Neft Klubunda "Cənub" qaz dəhlizi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynayacağı önəmli rol barədə çıxışlar edib.
Fəxri konsul "Şahdəniz-2", TAP və TANAP enerji layihələrinin önəmindən söhbət açıb və bu layihələrin Avropanın enerji təhlükəsizliyində oynayacağı mühüm rolu qeyd edib. O, həmçinin bu layihələrin iqtisadi əhəmiyyətini diqqətə çatdırıb. "Cənub" qaz dəhlizinin reallaşmasında ARDNŞ-in və bp-nin rolunun böyük olduğunu vurğulayan fəxri konsul layihəyə 45 milyard dollar dəyərində investisiya ayrıldığını deyib. A.MakHaffi Azərbaycan qazının Avropa üçün yeni enerji mənbəyi olacağını və bu kəmərin keçəcəyi ölkələrin iqtisadi rifahına müsbət təsir göstərəcəyini vurğulayıb.
Fəxri konsul Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq siyasəti barədə də danışıb, dinləyicilərin suallarını cavablandırıb. /azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB