Mingəçevir şəhərində ötən il istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2014-cü ildə müəssisə üzrə istehlak əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon kilovat-saatdan çox artaraq 144,4 milyon kilovat-saata yaxın olub.
İl ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 56 istehlakçının sayğac uçot komplektində qüsur aşkarlanıb və 237,1 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 14 min manatdan çox istehlak dəyəri bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB