Vüqar Bayramov: “Prezidentin çıxışı kommersiya bankları üçün ciddi məsuliyyət formalaşdırır” AÇIQLAMA

Vüqar Bayramov: “Prezidentin çıxışı kommersiya bankları üçün ciddi məsuliyyət formalaşdırır” AÇIQLAMA

"Prezidentin son müşavirədə qeyd etdiyi məsələlərdən biri bankların daha çox real sektoru maliyyələşdirməsi ilə bağlı olub". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, real sektora bankların yatırımları azdır. Mikrokreditlər hesabına bankların real sektora yönəldilməsinə ehtiyac var: "Nəzərə almaq lazımdır ki, bu gün birmənalı şəkildə Azərbaycanda bank sektorunun inkişaf etməsi ilə birlikdə çox təəssüf ki, bankların real sektora investisiya yatırmasında ciddi addımlar yoxdur. Mərkəzi Bankın məlumatına görə, bütün kreditlərin 5 faizi real sektoru təşkil edir. Nəzərə alaq ki, Mərkəzi Bankın rəsmi statistikasına əsasən kreditlərin müəyyən hissəsi mikrokreditlərdir. Mikrokreditləri də nəzərə alsaq, əslində bu gün onlar vasitəsilə real sektor həcminin artırılmasına ehtiyac var".

Ekspert həmçinin qeyd etdi ki, Prezidentin son çıxışından sonra banklar real sektora daha çox vəsait ayıracaqlar. Ölkə başçısının son çıxışı banklar üçün ciddi məsuliyyət formalaşdırır: Güman olunur ki, ölkə Prezidentinin son çıxışından və tapşırığından sonra kommersiya bankları real sektora daha çox vəsait ayıracaqlar. Real sektorun maliyyə resurslarına olan tələbatının əhəmiyyətli hissəsinin məhz kommersiya bankları hesabına maliyyələşməsi mümkün olacaq. Ölkə Prezidentinin son çıxışı birmənalı şəkildə kommersiya bankları üçün yeni və ciddi məsuliyyət formalaşdırır. Bu həm də sosial məsuliyyətin artırılmasına, eyni zamanda bankların maliyyə kreditlərini genişləndirməsinə gətirib çıxaraq. Bu baxmından Prezidentin son çıxışı bank və real sektor əməkdaşlığı baxımından yeni mərhələnin formalaşmasına diqqət yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə