Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Avropa Yenidənqurma və İnkişaf Bankının nümaynədələri ilə görüşə keçirilib. SİA-nın məlumatına görə, görüşdə ASA-nın sədri Orxan Bayramov və AYİB-in yerli valyuta və kapital bazarlarının inkişafı üzrə baş meneceri Metyu Saal və maliyyə/kapital bazarları üzrə məsləhətçisi Mark Makkarti iştirak edib. Görüşdə Azərbaycanın sığorta bazarındakı vəziyyət, burada baş verən proseslər, tətbiq edilən yeniliklər və bazarın inkişaf perspektivləri diqqət mərkəzində olub. Tərəflər sığorta sahəsində investisiya mühitinini yaradılması üçün görülən işlər, həyat və qeyri-həyat sığortası sahəsində investisiya imkanları, eləcə də sığorta bazarında investisiya üçün yeni alətlərin tətbiqi barədə müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB