Nicat Hacızadə: “Məsələni bu qədər uzatmaq bank sektoruna baha başa gələcək” AÇIQLAMA

Nicat Hacızadə: “Məsələni bu qədər uzatmaq bank sektoruna baha başa gələcək” AÇIQLAMA

"İclasın əsas mövzusu banklarla bağlı oldu ki, bu da bir daha göstərir ki, hökümət daim bank sektorunu izləyir və fəaliyyətindən hələlik razı deyil". Bunu SİA-ya açıqlamasında iqisadçı ekspert Nicat Hacızadə deyib. O bildirib ki, Prezident "Regionların sosial - iqtisadi inkişafı üzrə Dövlət Programı" ilə bağlı keçirdiyi müşavirədə ölkədəki iqtisadi inkişafın nəticələrindən danışıb və mövcud problemlərdən söhbət açıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması məsələsinə toxunub: "Regionların sosial iqtisadi inkişafı üzrə Dövlət Programının müşavirəsində Dövlət başçısı son illərdə Azərbaycanda olan iqtisadi inkişafın nəticələrindən, hal-hazırki həyata keçirilən iqtisadi islahatlar və ölkəmizdə mövcud problemlərdən söz açdı. Müşafirə zamanı ölkə prezidenti əsas yeri son ildə ölkədə sosial iqtisadi innkişafa yönəltdi ki, ölkədə istənilən yaş təbəqələrinin yaşayış səviyyəsinə uyğun olaraq yaşayış səviyyəsi, sosial rifahi yaxşılaşdırılıb. O cümlədən Kənd təsərrüfatı ilə əlaqədar Aqrar sektorun inkişafı ilə bağlı Ölkə prezidenti sektorun ölkə üçün priroitetliyini vurğuladı".

Ekspert həmçinin qeyd etdi ki, ölkə başçısı bankların işinə iradını bildirib, bu da əsassız deyil. Banklar öz inkişafları ilə birlikdə ölkənin inkişafını da düşünməlidirlər: "Prezident haqlı olaraq banklara iradını bildirdi ki, Banklar artıq özləri ölçü götürməlidirlər. Öz mənfəəti ilə bərabər ölkənin inkişafını fikirləşməlidirlər. Bu gün banklar ancaq öz mənafelərini güdürlər və bir sıra bankların fəaliyyədi səmərəsizdir. Qeyd edim ki, ölkə prezdientinin qeyd etdiyi halal işləyin sözü altında böyük məntiq var. Bu gün İcra hakimiyyətlərinə və bir sıra dövlət layihələrinə təklif edilən məbləğ şişirdilir və məbləğdən oğurlanır. Bəli bu soyğunçuluqdur. Cənab Prezidentə bu məsələni qaldırdığı üçün təşəkkür etmək lazımdır".

Nicat Hacızadə vurğuladı ki, banklar bu iraddan sonra real sektora investisiyalarını artıracaqlar, kapital qoyuluşunda faizləri azaldacaqlar: "Müşavirədən sonra fikrimcə Banklar artıq real sektora olan investisiyalarını artıracaqlar. Bundan başqa Mərkəzi Bankın tələbi də qalmaqdadır. Banklar faizləri mütləq endirməlidir. Banklar əgər faizləri endirməsə və real sektora kapital qoyuluşları olmasa, 2015-ci ildə bank sektoru əsas müzakirə mövzusu olacaq. Ancaq təbii ki, məsələni bu qədər uzatmaq bank sektoruna baha başa gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə