İsmayıl Hüseynov: “Banklara yenidən bir il möhlət verilə bilər” AÇIQLAMA
"Bu il bir neçə bank 50 milyon manatlıq məcmu kapitalını keçə bilmədiyinə görə Mərkəzi Bank tərəfindən fəaliyyətinə qadağa qoyulacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İsmayıl Hüseynov deyib. Onun sözlərinə görə, məcmu kapitalı yerinə yetirə bilməyən banklarla bağlı bəzi ekspert rəyləri görürük. Bunların hamısı uydurmadır: "Hazırda bankların məcmu kapitalları ilə bağlı yekun qərarın danışığı gedir. Amma hələ heç nə məlum deyil, yəni Mərkəzi Bank bununla bağlı heç bir rəsmi açıqlama vermir. Mərkəzi Bank bütün hesabları alıb. Ekspertlər 5 bankın ya bağlanmalı, ya da birləşdirilməli olacağını deyir. Lakin Mərkəzi Bank bu haqda məlumat verməyib və adları hələ bəlli deyil. Hansı bankların bağlanması ilə bağlı bəzi ekspert rəylərini görürəm. Bütün bunlar hamısı uydurmadır. Yəni bununla bağlı hələ ki, rəsmi rəy verilməyib".
Ekspert banklara yenidən möhlət verilməsi məsələsinə də toxunub. Qeyd edib ki, banklara yenidən möhlət verilə bilər: "Ola bilsin ki, banklara yenidən 1 il möhlət verilsin. Danışıqlar hələ də davam edir. Bu qərar 2014-cü ilin yanvarın 1-də verilmişdi. Ola bilsin yenə bir il möhlət veriləcək. Ona görə də hələ heç nə bəlli deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB