Eldar İbrahimov: “Toxum Fondunun yaradılması vacibdir”

Eldar İbrahimov: “Toxum Fondunun yaradılması vacibdir”

"Kənd təsərrüfatı ili təkcə Kənd Təsərrüfatı Nazirliyinə, onun idarələrinə aid deyil, bu qərar bütün respublikaya aiddir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.

E. İbrahimov deyib ki, vəzifəsindən asılı olmayaraq, bütün Nazirliklər ölkə başçısının verdiyi sərəncama uyğun olaraq diqqətlərini kənd təsərrüfatının inkişafına yönəltməlidirlər: "Hamı əlindən gələni etməlidir ki, ölkə əhalisinin ərazi təhlükəsizliyini təmin edək. Əsas məqsədimiz budur ki, biz nəinki özümü kənd təsərrüfatı məhsulları ilə təmin edək, hətta xarici bazarlara da ixrac edək. Onun üçün də ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal etməliyik".

Komitə sədri bildirib ki, Toxum Fondunun yaradılması olduqca vacibdir: "Çünki, taxılın məhsuldarlığı əsasən onun toxumundan asılıdır. Ona görə də yerin iqliminə uyğun toxumların yetişdirilməsi vacibdir".

E. İbrahimov qeyd edib ki, kənd təsərrüfatı ilində də fermerlərə subsidiyalar, kreditlər verilməsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə