Aqil Abdullayev: “Kreditləşmə bank sisteminin stabilliyində önəm daşıyır” AÇIQLAMA

Aqil Abdullayev: “Kreditləşmə bank sisteminin stabilliyində önəm daşıyır” AÇIQLAMA

"Girovla kreditləşmənin çox böyük əhəmiyyəti var. Güzəştli şərtlərlə kredit verilməsi və dövri vəsaitlərin satılması dünyada inkişaf etmiş sahədir." SİA-nın məlumatına görə, bu sözləri bu gün "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı keçirilən konfrans zamanı Beynəlxalq Maliyyə Korporasiyasının Təminatlı Əqdlər üzrə Mütəxəssisi Aqil Abdullayev jurnalistlərə verdiyi açıqlamasında deyib. O vurğulayıb ki, daşınan əmlaka tətbiq ediləcək kreditləşmə əhalinin iqtisadi inkişafını sürətləndirəcək. Bunun üçün banklar və digər kredit təşkilatları maraq yaratmalıdırlar: "Bu gün dünyada bu sahəyə böyük ehtiyac var. Daşınan əmlakın kreditləşməsi ölkənin bank sisteminin stabilliyi və səmərəliliyində önəm daşıyır. Banklara sabitlik gətirir. Daşınan əmlak girovu ilə kreditləşmə əhalinin iqtisadi inkişafını sürətləndirir. Banklar və digər kredit təşkilatları əhalidə bu sahədə maraq yaratmalı və ümumi rol oynamalıdırlar".

Aqil Abdullayev həmçinin qeyd edib ki, daşınan əmlaka yönəldilən kreditləşməni daha da sürətləndirmək olar. Bunun üçün isə bazar yaradılmalıdır: "Daşınan əmlak bazarı vəsaitlərin əsas hisssini özündə ehtiva edir. Əhaliyə bu kreditlər yönəldilərək ölkədə insanların şəxsi biznesinə təsir edilir. Bu halda həm də investisiya ölkə daxilində qalır. Bunun üçün geniş bazar yaradılmalıdır. Sadələşdirilmiş sistemlə daşınan əmlaka yönəldilən kreditləşməni daha da sürətləndirmək olar, yəni mövqeyi gücləndirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə