Məmməd Musayev: “Ölkədə əmlakdan istifadə etmə imkanı var” AÇIQLAMA
"Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün daşınan və daşınmaz əmlakdan istifadə etmə imkanı var". SİA-nın məlumatına görə, bunu bu gün Sahibkarlar Konfederesiyasının (ASK) prezidenti Məmməd Musayev Dünya Bankı (DB) ilə birgə yeni icrasına başlanılan "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı keçirilən konfrans zamanı jurnalistlərə verdiyi açıqlamasında bildirib. O qeyd edib ki, ölkəmizdə günümüzdə vətəndaşlara verilən kreditlər əsasən daşınmaz əmlak üzərindən həyata keçirilir. Lakin bu da müəyyən problemlər ortaya çıxarır. Dünya bankı ilə qurum arasında formalaşdırılan əməkdaşlıq isə mövcud problemləri aradan qaldıracaq: "Artıq daşınmaz əmlaka kredit verilməsi ilə bağlı dünyada mövcud olan mexanizm tətbiq edilməlidir. Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin olunur və bu, maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə Dünya Bankı ilə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB