ARDNŞ Ukraynanın yanacaq riteyli bazarında fəaliyyət dairəsini genişləndirməkdə davam edir. SİA-nın ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, bu günlərdə Xarkov vilayətində də üç yanacaqdoldurma məntəqəsi açılıb. Əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovdakı "SOCAR" YDM-lərində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri - А-92, А-95, A-95 "Nano" benzinləri, "Nano" dizel yanacağı reallaşdırılır.
Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin "Level" bonus kartları vasitəsilə ödəniş edə bilərlər. Müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur.
Ukraynanın digər şəhərlərində olduğu kimi, Xarkovdakı "SOCAR" YDM-ləri də "Handicapfriendly" prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılıb.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB