Sahibkarlar Aqrobiznes sərgisinə dəvət olunur Elan

Sahibkarlar Aqrobiznes sərgisinə dəvət olunur Elan

13-16 aprel 2015-ci il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində Aqrobiznes Sənayesinin 8-ci Sərgisi keçiriləcək. SİA-nn məlumatına görə, sərgidə kənd təsərrüfatı və ərzaq məhsulları, spirtsiz içkilər, çörək-bulka və qənnadı məmulatları, balıqçılıq, quşçuluq, ət və süd məhsulları, qida əlavələri, delikateslər, pəhriz yeməkləri, ədviyyat, qablaşdırma materialları və digər məhsullar nümayiş etdiriləcək. Nümayiş sahəsində təchiz olunmuş 1 metr yerin icarəsi 445 ABŞ dolları, təchiz olunmamış 1 metr yerin icarəsi 395 ABŞ dolları təşkil edəcək. Sərgi Səudiyyə Ərəbistanı Kənd Təsərrüfatı Nazirliyinin himayəçiliyi ilə Ciddə Forumlar və Tədbirlər Mərkəzində keçiriləcək.

Sərgidə iştirak etməkdə maraqlı olan sahibkarlar ətraflı məlumatları aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərlər:

Tel.: +966(02) 654 6384

Faks: +966(02) 654 6853

E-mail: [email protected]

www.acexpos.com

Bütün xəbərlər Facebook səhifəmizdə