2014-cü ildə toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələri tərəfindən 97,5 milyon manat həcmində məhsul istehsal edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il 2013-cü illə müqayisədə geyim istehsalı 59,9 faiz artıb.
Hesabat dövründə toxuculuq sənayesində 1,9 faiz artım qeydə alınıb.
Ötən il dəridən məmulatlar və ayaqqabı istehsalında isə 41 faiz azalma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB