Bakının çıxışında nəhəng layihə

Bakının girişində möhtəşəm layihə reallaşır
Bakının çıxışında nəhəng layihə

Bakının girişində möhtəşəm layihə reallaşır. Bakı-Sumqayıt yolu ilə Bakı dairəvi yolunu birləşdirən körpü-estakada tikilir. Layihənin sifarişçisi "Azəryolservis" ASC, icraçısı isə "Körpübinatikinti" MMC-dir. İşlərin əksər hissəsi artıq görülüb.

Tikinti işlərinə ötən ilin sentyabr ayında başlanıb. Layihəyə əsasən, körpünün uzunluğu 1070 metr, eni 13 metr, hərəkət hissəsinin eni isə 10 metrdir. Körpüdə hərəkət birtərəfli olacaq. Bakı-Sumqayıt yolundan gələn avtomobillər Moskva prospektinə yaxınlaşmadan dairəvi yola keçə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə