Poroşenko: "Ukraynaya Rusiya qazı lazım olmayacaq"

Poroşenko: "Ukraynaya Rusiya qazı lazım olmayacaq"

"Təsəvvürünüzə gətirə bilirsinizmi ki, hələ altı il bundan əvvəl mənim ölkəm 70 milyard kubmetr qaz tədarük edirdi? Bu gün isə 40 milyard kubmetr. Bu nailiyyət cari ildə əldə olunub. Ümidvaram ki, iki ildən sonra bizə ümumiyyətlə, Rusiya qazı lazım olmayacaq. Bu amil ölkəmizin enerji asılılığından çıxması üçün çox əhəmiyyətli faktordur". SİA xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Petro Poroşenko Sürix universitetinin nəzdində fəaliyyət göstərən Avropa institutundakı çıxışında deyib.

Qeyd edək ki, yanvarın 10-da Macarıstan Ukraynaya qaz verilişini bərpa edib. Lakin Polşa revers üzrə ilin əvvəlindən Ukraynaya qaz verilişini dayandırıb.

Lakin Avropa ölkələri öz yeraltı qaz ehtiyatlarını fəal şəkildə Ukraynaya verməkdədirlər. Yanvarın əvvəlində "Ukrtransqaze" şirkətindən bildirilib ki, bu ölkə 2014-cü ildə Avropadan 59% mavi yanacaq idxal edib.

Ötən ilin oktyabrında Brüsseldə Avropa İttifaqı, Rusiya və Ukrayna arasında 2015-ci ilin mart ayına qədər qaz tranzitinin çatdırılması barədə razılaşma əldə olunub. Razılaşmaya görə, 2014-cü ilin sonuna qədər Ukrayna qazın min kubametrinə görə 378 dollar ödəyirdi. Bu ilin əvvəlindən marta qədər isə min kubmetrə görə 385 dollar ödəməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə