Murtuzəli Hacıyev: “Qısa zamanda təkliflər hazırlanıb təqdim ediləcək” AÇIQLAMA
"Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında sərəncamı ilə bağlı olaraq Nazirliyin struktur bölmələrinə tapşırıq verilib". Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O bildirb ki, hazırda sərəncamla bağlı olaraq işlər görülür, struktur bölmələri təkliflərini verdikdən sonra sənəd haqqında açıqlama veriləcək: "Tapşırıqda bildirilir ki, struktur bölmələri qısa zaman kəsiyində öz təkliflərini hazırlayıb təqdim etsinlər. Onlar təkliflərini tam hazırladıqdan sonra bununla bağlı açıqlama veriləcək. Hansı sahələr üzrə təkliflərin hazırlanması ilə bağlı məsələyə gəldikdə isə Sərəncamda da bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə 1 ay müddətində işləyib hazırlasın. Təkliflər hazırlandıqdan sonra bununla bağlı olaraq açıqlama verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB