Azərbaycan Nəqliyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) Bakı və Sumqayıt arasında sürətli dəmir yolu xəttinin yaradılması layihəsi üzərində işləyirlər. Bu məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərini birləşdirən dəmir yolunun yenidən qurulması planlaşdırılır: "AİB-in mütəxəssisləri artıq mövcud infrastrukturla tanış olublar. Layihə 50 kilometrə yaxın dəmir yolu örtüyünün yenidən qurulmasını, enerji və siqnal təchizatı sistemlərinin yenilənməsini və modernləşdirilməsini nəzərdə tutur. Habelə, layihə çərçivəsində 10 sərnişin vaqonunun alınması planlaşdırılır".
N.Əzməmmədov vurğulayıb ki, layihənin reallaşdırılması müddəti, işlərin həcmi və onun dəyəri haqqında qiymətləndirmə və araşdırma işləri başa çatdıqdan və AİB-in müvafiq qərar qəbul etməsindən sonra danışmaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB