"Günəşli" yatağındakı 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14-cü dərin dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu Balaxanı Lay Dəstəsinin VI horizontundan, 2341-2328 metr intervaldan fontan üsulu ilə gündəlik 160 000 kubmetr qaz və 1 ton kondensat hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB