RYTN-ın tərkibində yeni mərkəz yaradılıb

RYTN-ın tərkibində yeni mərkəz yaradılıb

Nazirlər Kabineti "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2014-cü il 8 may tarixli sərəncamına əsasən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə