2014-ci ildə Azərbaycanda elektron ticarət dövriyyəsi 10 mln. dollara da çatmayıb. SİA-nın məlumatına görə, bu barədə Statistika Komitəsi məlumat yayıb. Belə ki, 2014-ci ildə pərakəndə elektron ticarətin həcmi 6,4 mln. manat çatıb. Manatın dollara rəsmi məzənnəsi üzrə götürüldükdə bu göstərici 8,159 mln. dollar təşkil edib. Məlumatda deyilir ki, bu cür əməliyyatların həcmi 2013 illə müqayisədə 2,4 dəfə çox olub. Ötən il onlayn ticarət istehlakçılarının 91,3%-i hüquqi şəxslər, 8,7% isə fiziki şəxslər və fərdi sahibkarlar təşkil edib.
Qeyd edək ki, elektron ticarət əməliyyatlarının 94,6%-ni qeyri-ərzaq malları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB