Qaynar xətdə 29 minə yaxın müraciət daxil olub

İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2014-cü ilin dekabr ayında 500-dən çox müraciət daxil olub. SİA-nın məlumatına görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub. Nazirlikdən verilən xəbərə görə, Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılaraq, müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 29 minə yaxın müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə