Qızıl bahalaşıb

Yanvarın 9-də Amerika fond bazarında Dow Jones indeksində 0,95% azalma müşahidə edilib və 17 737, 37 bənd təşkil edib, S&P 500 0,84% azalaraq - 2 044,81bənd, Nasdaq isə 1,68% azalaraq - 4 704,07 bənd təşkil edib. SİA-nın xəbərinə görə, Avropa fond bazarında yanvarın 9-də FTSE 100 indeksi 1,05% azalaraq - 6 501,14 bəndədək, Almaniya DAX-ı 1,92% azalaraq- 9 648,50 bəndədək, Fransa CAC-40-ı isə 1,90% azalaraq - 4 179,07 bəndədək azalıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% bahalaşaraq 1 223,40 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1813 (+0,38%) təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə