“Azeri Light”ın barreli 52 dollara düşdü

“Azeri Light”ın barreli 52 dollara düşdü

Yanvarın 7-də London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barreli 52,01 dollara satılıb. SİA-nın məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xəbər yayıb. Məlumata görə, bu, yanvarın 6-da qeydə alınmış qiymətdən 0,74 dollar azdır.

Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə