Rasim Həsənov: “Bu məsələnin Rusiya ilə bağlılığı var” Açıqlama
Avropanın son günlər Azərbaycana artan marağını Rusiyaya tətbiq edilən sanksiyalarla birbaşa bağlamaq düzgün olmaz". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rasim Həsənov deyib.
Onun sözlərinə görə, uzun illər Rusiyadan enerji baxımından asılı olan Avropa alternativ yollar axtarıb. Azərbaycan isə bu enerji təhlükəsizliyinin bir hissəsi olub: "Amma əlbəttə, bu məsələnin Rusiya ilə bağlılığı var. Bu bağlılığın kökündə Avropanın enerji resurslarından daha sərbəst istifadə etmək istəkləri dayanır. Yəni bu təkzib olunmaz həqiqətdir ki, hər bir ölkə vəya ölkə qrupu alternativ sistemdə şaxələnmiş şəkildə enerji təminatı sistemini qurmaq istəyir. Avropa uzun illər ərzində enerji məsələsində Rusiyadan asılı olub deyə, onlar həmişə özləri üçün alternativ variantlar axtarıblar. Bu baxımdan məsələnin bir variantı da bizimlə bağlıdır, yəni Azərbaycan variantıdır".
Avropanın Azərbaycana olan bağlılığının kökündə dayanıqlı və güvənilir enerji mənbəyinin olmasını ifadə edən Rasim Həsənov, ölkəmizə qarşı marağın daha da artdığını vurğulayıb: "Ona görə də, bizə olan yaxınlıq təkcə hazırda Rusiyaya tətbiq edilən sanksiyalar deyil. Bütövlükdə Avropanın özünün dayanıqlı enerji təminatını həll etmək üçündür. Bu yaxınlığın Rusiyaya tətbiq olunan sanksiyalarla birbaşa bağlılığı yoxdur. Amma təbiidir ki, yaranmış şəraitdə enerjiyə qənaət olunması məsələsi daha da aktuallaşır. Buna görə də Avropa ölkələrinin bütövlükdə Azərbaycana marağı artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB