Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna maraq artıb. Bir neçə ölkə bu xətdən yararlanmaq istəyini bəyan edib. Gürcüstan KİV-ləri xəbər verir ki, bəzi Asiya ölkələri BTQ–nin imkanlarından bəhrələnmək üçün layihənin müəllifləri ilə danışıqlar aparır.
Ekspertlərin rəylərinə görə, gələcəkdə bu xətlə ildə 17 milyon ton yük daşınacaq. İlkin mərhələdə isə BTQ dəmir yolu ilə bir milyon nəfər sərnişin və 6,5 milyon ton yük daşınması nəzərdə tutulub.
Qeyd edək ki, BTQ-nin Gürcüstan hissəsinin tikintisi başa çatdırılıb, hazırda yolun inşaat işləri Türkiyə ərazisində davam etdirilir.
Yolun 2015-ci ildə tam istifadəyə verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB