ARDNŞ 8506 metr qazma işi həyata keçirib

ARDNŞ 8506 metr qazma işi həyata keçirib

2014-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8506 metr qazma işi həyata keçirib. SİA ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin 8062 metri istismara, 444 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 127 346 metr (2013-cü ildə 142 656 metr) qazma işi görülüb ki, bunun da 124 718 (135 665 metr) metri istismara, 2628 metri isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə