Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində sənayenin inkişafından da bəhs edib. Dövlətimizin başçısı ölkənin sənaye potensialının gündən–günə gücləndiyini, Azərbaycanın bu istiqamətdə çox böyük uğurlara imza atdığını deyib: "2014-cü ildə 230-dan çox yeni sənaye müəssisəsi açılmışdır və bu da həm işsizliyin aradan qaldırılmasına, həm də ixrac potensialımızın inkişafına öz müsbət təsirini göstərir".
Prezidenti vurğulayıb ki, biz özümüzü əsas ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları bazarında da görmək istəyirik və bu məqsədə çatırıq. İcra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əsas məqsədi də məhz bundan ibarətdir. /azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB