Astaranın bu kəndinə ilk dəfə olaraq təbii qaz verilib

Astaranın bu kəndinə ilk dəfə olaraq təbii qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi respublikamızın qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirləri uğurla davam etdirir. SİA-nın məlumatına görə, Astara rayonunun Züngüləş kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, 124 abonenti olan Züngüləş kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 17592 metr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 124 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə