Əli Əlirzayev: “Rusiyada yaşayan azərbaycanlıların çoxu geri qayıtmayacaq” AÇIQLAMA
"Hazırda Rusiyadan Azərbaycana qayıdanlar çox deyil. Ola bilsin ki, bir neçə nəfər qayıda bilər. Bu sadəcə mülahizədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əli Əlirzayev deyib. O, bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar daha yaxşı variantı seçərək ölkəyə kütləvi axın etməyəcək: "O insanlar Azərbaycana qayıdacaq, hansı ki, onların burada ailəsi var. Əgər orda pul qazana bilmirlərsə onda qayıdacaqlar. Çoxu da biznesmendir, harda yaxşı variant var onu seçə bilərlər və seçirlər də. Vətəndaşların hamısının Azərbaycanda torpaqları var. İstəyən gəlib burada öz torpağında işləyə bilər. Ümid etmirəm ki, onlar kütləvi şəkildə qayıdacaqlar. Amma bu o demək deyil ki, Azərbaycanda olan təsərrüfat Rusiyada yoxdur. Ölkəmizdə xidmət sferası da var".
Ekspert həmçinin bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar ölkəsinə qayıdaraq kiçik sahibkarlıqla da məşğul ola bilərlər: "Aydın məsələdir ki, Azərbaycanın əmək bazarında seçim ola bilər. Maliyyə vəsaiti olan həmvətənlərimiz burada xırda sahibkarlıqla məşğul ola bilərlər. Bazarda göstərilən xidmətin miqdarı artar. Miqdar artdıqda isə qiymətlər aşağı düşə bilər. Bu gün bazar iqtisadiyyatında yaşayırıq. Heç kəsi məcburi bir yerə yığmaq olmaz. Hesab edirəm ki, Rusiyada yaşayan azərbaycanlıların çoxu geri qayıtmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB