Mənsur Bərxudarov: “Gələn ildən etibarən bu proqram tamamilə işləyəcək” Açıqlama
"Hər bir regionun ixtisaslaşmasına görə kənd təsərrüfatı məhsullarının formalaşması məsələsi ortaya qoyulur. Burada əsas fermerlər arasında qiymətlərlə bağlı məlumatın olması nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib.
O bildirib ki, bu qanunla kənd təsərrüfatı ilə məşğul olan insanlar bir-biri ilə əlaqə yarada biləcək, məsləhətləşmələr apara biləcəklər. Bundan başqa qiymətlər və yeniliklər haqqında da məlumatlı olacaqlar: "Kənd Təsərrüfatı Nazirliyinin qəbul etdiyi hər hansı qaydalar haqqında informasiya tez bir vaxtda ötürüləcək. Kənd Təsərüfatı ilə məşğul olan şəxslərə banklarla bağlı məlumatın verilməsi planlaşdırılır. Əsasən fermerlər üçün Bakı şəhərində kənd təsərrüfatı məhsullarının gələn aylar üçün planlaşdırılan qiymətləri də rol oynayır. Bu qanun çox gözəl və təqdirəlayiqdir. Kənd təsərrüfatı ilə məşğul olanların bir – biri ilə informasiya təminatı daha da asanlaşır. İnformasiyanın əsas rolu odur ki, Kənd Təsərrüfatı Nazirliyi İKT planlaşdırmanı həyata keçirə biləcək. Bu qanun böyük önəm daşıyır. Hazırda ərazi idarələrin harda olacağı, necə idarə ediləcəyi məsələlərini həll etmək lazımdır. Artıq gələn ildən etibarən bu proqram tamamilə işləyə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB