Martin Bentrott: “Boeing” korporasiyası AZAL ilə əməkdaşlıq etməkdən məmnundur"

Martin Bentrott: “Boeing” korporasiyası AZAL ilə əməkdaşlıq etməkdən məmnundur"

İtaliyanın "MD 80" saytında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) aviaparkına müasir "Boeing-787-8" Dreamliner sərnişin təyyarəsini daxil etməsi barədə məlumat yerləşdirilib. Bildirilir ki, "Azərbaycan Hava Yolları" bununla da MDB dövlətləri və bir sıra Şərq ölkələri arasında bu cür ən müasir hava gəmisi alan ilk aviaşirkət olub.

Yazıda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun fikirlərinə yer verilib: "Biz bu möhtəşəm təyyarəni əldə etməkdən çox məmnunuq. "Boeing-787-8" Dreamliner hava gəmisinin istifadəyə verilməsi ilə "Azərbaycan Hava Yolları" həm regional, həm də beynəlxalq miqyasda rəqabət qabiliyyətini artırmış olacaq. Təyyarə nadir xüsusiyyətləri ilə sərnişinlərin yüksək səviyyəli rahat uçuşunu təmin edəcək".

Məqalədə "Boeing" Korporasiyasının Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrottun sözləri də yer alıb: ""Azərbaycan Hava Yolları" ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Qurumla əlaqələrimizi genişləndirmək bizim üçün xoşdur. Regionda ilk dəfə olaraq məhz "Azərbaycan Hava Yolları"nın bu təyyarəni əldə etməsi böyük uğurdur. Buna görə qurumu təbrik edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə