Natiq Əliyev: "Son 10 ildə ölkədə enerji istehsalı 40 faiz artıb"
"Hazırda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının dəyərləndirməsinə görə, Azərbaycan iqtisadi keçid dövrünü uğurla başa vuran ölkələr sırasında ilk yerlərdə dayanıb". SİA-nın məlumatına görə, bunu bu gün "İnkişafın 10 ili: 2004- 2024" adlı konfransda energetika naziri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, ölkənin ilkin inkişafı əsasən neft sektoru hesabına olub: "Azərbaycanda neft sənayesi iqtisadi inkişafın özəyini təşkil edir. Qaz istehsalında da inkişaf göz qabağındadır. Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Ölkədə enerji istehsalı son 10 ildə 40 faiz artıb. Ölkədə 10 yeni elektrik stansiyası tikilib. Azərbaycanda elektrik enerjiinin ixracının həcmi artıb. İdxal edilən elektrik enerjisindən 5 dəfə çoxu ixrac edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB