Xoşbəxt Yusifzadə: “Yeni yataqların kəşfi mütləqdir” Açıqlama
"Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən elmə 2013-cü ildə 3 milyon, 2014 –cü ildə 4 milyon manat yatırım olub. Neft şirkəti elmin inkişafına xüsusi diqqət yetirir". SİA-nın məlumatına görə, bu sözləri AMEA-da keçirilən Azərbaycan Alimlərinin I Qurultayında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
O, Azərbaycanın neft ehtiyatları ilə bağlı proqnozlarından danışarkən yeni yataqların kəşfinin də vacib olduğunu vurğulayıb: "Azərbaycanda neftin gələcəyi ilə bağlı onu demk istəyirəm ki, çıxarılan enerji mənbəyimiz balansda olan neftin 40 %-ni təşkil edir. İndiyə kimi 1 milyard ton neft çıxarılıb. Hazırda 6-7 min metr dərinlikdəki yataqların araşdırılması işləri görülür. Çünki yeni yataqların kəşfi mütləqdir. Artık keçmişdə çıxarılan neft yataqlarındakı çöküntülərin də istifadəsi məsələsi müzakirə edilir. Bu sahədə elmi işçilərin Akademiyada araşdırmalarına böyük ehtiyac var. 21-ci əsr nanotexnologiya əsridir. Bunu həyatımıza daxil etmək və istifadəsini inkişaf etdirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB