Rasim Həsənov: “Bu təsir Azərbaycanı strategiyasından döndərə bilməyəcək” Açıqlama
"Azərbaycan iqtisadiyyatının son illərdə inkişafının mühüm məqamı ondan ibarətdir ki, bizim inkişafımız davamlıdır. Yəni, bu inkişaf günümüzdən gələcəyə hesablanan bir yoldur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rasim Həsənov deyib.
O, neftin hazırki dünya bazarında qiymətinin aşağı düşməsinin Azərbaycanın iqtisadiyyatına ciddi təsir etməyəciyini deyib. Bunu düşünülmüş neft strategiyası ilə əlaqələndirib: "Ona görə də neftin dünya bazarında cari qiymətlərinin dəyişməsi tendensiyaları ümumilikdə iqtisadiyyata təsir etsə də, bu təsir Azərbaycanı strategiyasından döndərə bilməyəcək. Çünkü, bizim kifayət qədər böyük ehtiyat vəsaitimiz və düşünülmüş inkişaf strategiyamız var. Məsələ bundadır ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olsa da, yəni neft üzərində qurulmuş iqtisadiyyatı olsa da iqtisadiyyatın şaxələndirilməsi məsələsinə xüsusi diqqət yetirilir".
Bundan başqa ekspert "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan layihələrin icrasına neftin qiymətinin aşağı düşməsinin mənfi təsir göstərməyəcəyini vurğulayıb: "Qeyri – neft sektorunun və regionların inkişafı ilə bağlı çox ciddi nailiyyətlər əldə olunub. Ona görə də, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ortaya qoyulan layihələrin həyata keçirilməsi ilə bağlı heç bir narahtçılıq yoxdur. İkincisi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında irəli sürülən vəzifələr iqtisadiyyatın konspeptual inkişaf hədəflərini müəyyənləşdirir. Buna görə də, onlar konkret layihələr yox, konseptual hədəflərdir. O hədəflərin hər birinin reallaşması üçün illik dövlətin iqtisadi siyasətində münasib tədbirlər həyata keçirilir. Bu tədbirlərin də hər biri çox düşünülmüş, maliyyə təminatı əvvəlcədən planlaşdırılmış və hər bir məqam nəzərdə tutulmuşdur. Bu baxımdan Azərbaycanın başladığı cari layihələrin heç birinin dayanması təhlükəsi hələlik yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB