Belarus prezidenti Aleksansr Lukaşenko ölkə hökumətindən tələb edib ki, bundan sonra Rusiya ilə bütün hesabları ABŞ dolları və avro ilə aparsınlar. SİA-nın verdiyi məlumata görə, bu barədə Belarusun rəsmi "belta" xəbər agentliyi informasiya yayıb.
"Qərara gəlinib ki, biz ticarəti rublla deyil, dollarla aparaq. Çünki biz enerji resurslarına rubl deyil, dollar xərcləyirik. Bu, hökumətdə çatışmazlığın göstəricisidir. Rusiya ilə çoxdan danışıqlar aparılmalıydı ki, bizim ölkələr arasında ticarət dövriyyəsi və digər hesablamalar stabil valyutalar ilə – dollar, ya da avro ilə aparılsın" - deyə, Belarus prezidenti iqtisadi problemlərin həlli ilə bağlı keçirdiyi iclasda vurğulayıb.
Lukaşenko hər şeyə rəğmən, bu faktora diqqət yetirilməsi vacibliyi barədə danışıb: "Mən son zamanlar tez-tez eşidirəm ki, Rusiya rublu iflasa uğrayıb. Bizim Rusiyaya eksportumuz isə 40 % təşkil edir. Bu baxımdan, bizim də itkilərimiz olur. Nə etmək olar, Rusiya bizim partnyorumuzdur və mövcud situasiya həm Rusiyada, həm də Ukraynada baş verir. Lakin çıxılmaz vəziyyət olmur. Əgər nə isə itiririksə, onu başqa yerdə axtarmaq lazımdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB