"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2151 nömrəli quyu qazmadan sonra istismara verilib. Sia-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1656-1645 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB