BFB-də rublla əməliyyatlar məhdudlaşdırılıb

BFB-də rublla əməliyyatlar məhdudlaşdırılıb

Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb. SİA-nın məlumatına görə, bu haqda BFB xəbər yayıb. Belə ki, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb. Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə