Kənd təsərrüfatı mallarının istehsalında artım müşahidə edilir

Kənd təsərrüfatı mallarının istehsalında artım müşahidə edilir

2014-cü ildə ölkə üzrə heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlamaq və əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilmiş və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.

Nəticədə keçən ilin müvafiq dövründən artıq heyvandarlıq məhsulları istehsal edilmiş və mal qaranın məhsuldarlıq göstəriciləri də keçən ilin müvafiq dövrünə nisbətən artıb. Belə ki, 2014-cü ildə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 101,5 faiz, süd istehsalı 103,5 faiz, yumurta istehsalı 111,4 faiz, yun istehsalı isə 101,7 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə