"Azneft" İstehsalat Birliyinin struktur bölmə rəhbərlərinin və Əməyin mühafizəsi xidməti işçilərinin iştirakı ilə "Tutumlarda, çənlərdə (rezervuarlarda) və aparatlarda işlər'' mövzusunda prezentasiya keçirilib. "28 May" NQÇİ-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Sərdar Hüseynli neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları və digər normativ aktların tələblərini iclas iştirakçılarının nəzərinə çatdırıb. Təqdimat geniş müzakirə olunub, iclas iştirakçılarını maraqlandıran suallara açıqlamalar verilib. "Azneft" İB-nin Əməyin mühafizəsi şöbəsinin rəisi Mübariz Şamilov Birliyin struktur təşkilatlarında bu istiqamətdə maarifləndirmə işlərinin sürətləndirilməsi zərurətini vurğulayıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB