Yeni neft quyusu qazılır

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağındakı 1178 nömrəli quyuda qazma işlərinə başlayıb. SİA-nın xəbərinə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qırməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə