Türkiyənin "BOTAS" boru kəməri şirkəti və "BP Pipelines" şirkəti Türkiyə Antiinhisar Komitəsinı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə konsorsiumda pay almaq üçün müraciət ediblər. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Antiinhisar Komitəsinin öz saytında yerləşdirilmiş məlumatında deyilir. Məlumatda qeyd olunur ki, "BOTAŞ" şirkəti TANAP layihəsində 30%-lik, "BP Pipelines" isə "Gas Corridor Closed Joint Stockcompany" konsorsiumunda 12%-lik pay almaq niyyətindədir. Qeyd edək ki, TANAP kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Transanadolu qaz kəmərinin tikintisi layihəsi çərçivəsində oktyabrın 14-də Ankarada boruların tədarükü üçün daha əvvəl bununla bağlı keçirilən tenderin qalibi olmuş 6 Türkiyə və 1 Çin şirkəti arasında müqavilələr imzalanıb. Tenderin qalibi "Mannesmann-Noksel-Erciyas" şirkətlər konsorsiumu, "Ümran-Emek", "Tosçelik Profil ve Sac Endüstrisi", həmçinin Çin şirkəti "Baosteel Europe"dır.
Qeyd edək ki, TANAP layihəsinin təchizatı və tikintisində iştirak edəcək bütün şirkətlər Türkiyədə, ƏDV-dən azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB