Ödəniş kartları ilə dələduzluq hallarına qarşı mübarizəyə başlanılıb
15 dekabr 2014-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün "Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri" mövzusunda seminar keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, seminarda ödəniş kartları üzrə baş verən dələduzluq halları üzrə son statistik rəqəmlər və mövcud trendlər, daha geniş yayılmış dələduzluq halları və bu hallara qarşı mübarizə tədbirləri, habelə bu sahədə beynəlxalq təcrübə haqqında geniş məlumat verilib.
Müzakirələr zamanı ödəniş kartları ilə dələduzluq hallarına qarşı mübarizə tədbirləri, "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən bu istiqamətdə həyata keçirilən son yeniliklər ətrafında da müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB