Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən aşağı düşüb. SİA-nın məlumatına görə, Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən xəbərdə deyilir ki, London əmtəə birjasında keçirilmiş hərraclarda "Azeri Light" markalı neftin 1 barreli 62,94 dollara satılıb. Bu, dekabrın 10-da qeydə alınmış qiymətdən 2,16 dollar azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB