“Excelsior Hotel Baku” otelinin dəstəyi ilə PR mütəxəssislərin dəyirmi masası keçirilib FOTO

“Excelsior Hotel Baku” otelinin dəstəyi ilə PR mütəxəssislərin dəyirmi masası keçirilib FOTO

"Excelsior Hotel Baku" otelinin biznes mərkəzində ölkənin aparıcı şirkətlərinin PR mütəxəssislərinin dəyirmi masası keçirilib. SİA-ya verilən məlumata görə, tədbirdə "AtaHolding" ASC-nin korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova, "Cybernet" şirkətinin mütəxəssisi Polad Həmidov, "Auto Azerbaijan" şirkətinin marketinq departamenti direktorunun müavini Əli Bədəlov, DAİR-in İdarə Heyətinin üzvü Dinara Ağaliyeva, "Autoprofi" şirkətinin brend menecer Natiq Nəsibov və başqaları iştirak ediblər.

"AtaHolding" ASC-nin korporativ kommunikasiyalar şöbəsinin rəhbəri Dilarə Zamanova qeyd edib ki, artıq bu, mütəxəssislər arasında PR mövzusu üzrə il ərzində keçirilən növbəti dəyirmi masadır: "Bu tədbirlər məhsuldar təcrübə mübadiləsi qurmağa, peşəkarlığın səviyyəsini yüksəltməyə, praktiki biliklərə yiyələnməyə, ictimaiyyətlə kommunikativ əlaqələri yaxşılaşdırmağa kömək edir".

"Cybernet" şirkətinin PR mütəxəssisi Polad Həmidov özəl şirkətlərin biznesinin inkişafı üçün sosial şəbəkələrin rolundan, şirkətlərin marketinq strategiyasının həyata keçirilməsi üçün sosial şəbəkələrin effektivlik dərəcəsindən danışıb.

"Auto Azerbaijan" şirkətinin nümayəndəsi Əli Bədəlov "Vətəndaş cəmiyyətinin formalaşmasında marketinqin rolu. Almaniyada marketinq təcrübəsi" haqqında məlumat verib. Çıxışlardan sonra qızğın diskussiya və verilən məlumatların müzakirəsi aparılıb. Dəyirmi masa iştirakçıları həmçinin, ünsiyyətin qurulmasından və saxlanmasından, təşkilat və ictimaiyyət arasında qarşılıqlı anlaşma və əməkdaşlıqdan danışıb, ölkəmizdə ictimai əlaqələrin inkişafını müzakirə ediblər. Aksiya Korporativ Sosial Məsuliyyəti çərçivəsində təşkil edilib.

Qeyd edək ki, "Excelsior Hotel Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 "İmperial" – lüks, "Royal"- lüks, 4 "Crown"-lüks, 45 "Heritage"- delüks, 9 "Düke" standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə