Azərbaycan – Polşa biznes forumu keçirilib

Azərbaycan – Polşa biznes forumu keçirilib

Bu gün Bakıda Azərbaycan – Polşa biznes forumu keçirilib. SİA-nın məlumatına görə, forumda Azərbaycan tərəfindən energetika naziri Natiq Əliyev, AZPROMO rəhbəri Rüfət Məmmədov, Polşadan isə iqtisadiyyat naziri Canuz Piyeçoçinski, Xarici İnvestisiya Agentliyinin sədri Slovamir Mayman, Dövlət İnkişaf Bankının rəhbəri Karol Rozenberq, Qazaxıstan və Qırğızistanda səfir olaraq çalışmış Andrey Stefanski iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə Azərbaycanın energetika naziri Natiq Əliyev açıb. Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropa ölkələri ikə sıx əməkdaşlığından danışan nazir qeyd edib ki, ölkəmiz artıq enerji məsələsində Avropanın ən təhlükəsiz tərəfdaşı olub. O, Azərbaycan Dövlət Neft Şirkətinin bu istiqamətdə gördüyü işlərdən danışıb. Ölkələrimiz arasında xidməti kapitala əlavələr ediləcəyini deyib. Bunun üçün 2015 – 2016 –cı illərdə dövlət büdcəsində yeni layihələrin gerçəkləşdirilməsinə yer veriləcəyini ifadə edib.

Daha sonra isə Polşanın Xarici İnvestisiya Agentliyinin sədri Slovamir Mayman çıxış edərək hər iki ölkənin qısa müddətdə böyük əməkdaşlıq layihələrinə imza atdığını deyib. Azərbaycanla Polşa arasında enerji, siyasi və iqtisadi sahələrdə böyük əlaqələrin olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə