10 ton neft hasil olunacaq

"Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2256 nömrəli quyuda qazma işlərinə başlanılıb. ARDNŞ-dan SİA-ya veril'n məlumata görə, qazma işləri Kompleks Qazma İşləri Tresti tərəfindən həyata keçirilir. "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala-3 Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1480 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə